special crafts
Unikal əl işləri

Çatdırılma və qaydalar

Çatdırılma

  • Stokda olan işlər sifarişdən sonra 1–2 iş günü ərzində göndərilir.
  • Sifarişlə hazırlananlar 5–7 iş günü ərzində hazır olur, sonra göndərilir.
  • Bakıdaxili çatdırılma kuryerlə olur. Rayonlara göndəriş üçün WhatsApp-da yazın.

Ödəniş

  • Ödəniş üsulunu sifariş təsdiqlənəndə WhatsApp-da razılaşırıq.
  • Fərdi sifarişlərdə işə başlamaq üçün beh alınır.

Epoksid işlərə qulluq

  • Birbaşa günəş şüası altında uzun müddət saxlamayın — qatran vaxtla saralar.
  • İsti su və aşındırıcı təmizləyicilərdən çəkinin; yumşaq nəm parça kifayətdir.
  • Səth cızığa həssasdır — sərt əşya ilə sürtməyin.
  • Sobaya, radiatora və ya isti səthə yaxın qoymayın.

Dəyişdirmə və qaytarma

  • Nəqliyyat zamanı zədə olarsa, açılış videosu ilə birlikdə 24 saat ərzində yazın — dəyişdiririk.
  • Hər iş əl ilə tökülür: rəng axını və damarlar şəkildəkinin eynisi olmur, bu qüsur sayılmır.
  • Fərdi hazırlanmış və həkk olunmuş işlər geri qaytarılmır.